Ölkə

Vətən müharibəsi şəhidinin atası vəfat etdi - FOTO

20 Fevral 2023 11:40
Baxış: 1 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi şəhidi, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı Ruslan Rəcəbovun atası vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin atası Rəcəb Rəcəbov Bakıda xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Ruslan Rəcəbov 2020-ci il oktyabrın 31-də Xocavənd rayonu ərazisində şəhid olub. O, ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.