Ölkə

Azərbaycanda məktəb direktoru HƏBS EDİLDİ

1 Fevral 2023 20:39
Baxış: 2 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallıda məktəb direktoru həbs edilib.

Masallı rayon Musaküçə kənd F.Xancanov adına tam orta məktəbinin direktoru Cahangirov İlqar Abbas oğlu həbs edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-ya bildiriblər ki, İlqar Cahangirov 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2,179.2.3,179.2.4, 308.1 və 313-cü maddələri (ötən il Maliyyə Nazirliyinin həmin məktəbdə apardığı yoxlamanın nəticəsi və vətəndaşlardan işə götürmək adı ilə aldadaraq külli miqdarda pul alması) ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Masallı rayon prokurorunun təqdimatı əsasında Masallı rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İlqar Cahangirov 2016-cı ildən Musaküçə kənd F.Xancanov adına tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.