Həmin terrorçu hansı halda Azərbaycana gətirilə bilər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycanın İrandakı səfirliyinə "Kalaşnikov"la basqın edən terrorçuya hansı cəzanın veriləcəyi maraq doğurur.
Hüquqşünas Ələsgər Məmmədli qafqazinfoya bildirib ki, Azərbaycan tərəfi Yasin Hüseynzadəyə İranda veriləcək cəzadan narazı qalarsa, onu gələcəkdə İnterpol vasitəsilə beynəlxalq axtarışa verə bilər və İrandan kənara çıxdığı halda həmin şəxsin tutularaq Azərbaycanda məsuliyyətə cəlb edilməsi mümkündür:
"Beynəlxalq hüquq çərçivəsində bir dövlətin vətəndaşı, əgər o, Azərbaycan vətəndaşı deyilsə, İran vətəndaşıdırsa, öz ölkəsində Azərbaycana qarşı cinayət törədib və orada tutulubsa, İran həmin şəxsi Azərbaycana verməz, özü mühakimə edəcək. Həmin şəxsə cinayət işinin açılması təbiidir, çünki hadisənin baş verdiyi səfirliyin ərazisi, həmin yer Azərbaycan ərazisi sayılır. Şəxsin gətirilməsi məsələsinə gəlincə, hər ölkənin vətəndaşı törətdiyi cinayət əməlinə görə həmin ölkədə tutulubsa, orada mühakimə edilir. Əgər terrorçu Azərbaycanda tutulsaydı, burada mühakimə edilə bilərdi".
Ekspert qeyd edib ki, indiki mərhələdə İranın onu Azərbaycana verməsi mümkün görünmür: "Əgər hadisəni törədən şəxs Azərbaycan vətəndaşı olsaydı, onun verilməsi mümkün görünərdi. Məsələn, biz bunu Ramil Səfərovun Macarıstanda tutulub məhkum edildikdən sonra Azərbaycana qaytarılması nümunəsində gördük. Yasin Hüseynzadə İranda Azərbaycan qanunvericiliynə zidd olaraq törətdiyi əmələ görə daha az cəza alarsa və ya digər açıq məsələlər qalarsa, Azərbaycan dövləti onun yaxalandığı yerdə həbs edilməsi, həmçinin İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməsi məsələsinə baxa bilər. Belə olan halda həmin şəxs İrandan kənara çıxdığı halda onun yaxalanaraq Azərbaycana verilməsi mümkün olar".
Xatırladaq ki, artıq Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
XƏBƏR LENTİ
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?





