Ölkə

Sülhməramlılarına aid daha 1 minik maşını Laçın yolundan keçib - FOTO

26 Yanvar 2023 19:55
Baxış: 600
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya sülhməramlılarına məxsus daha 1 minik avtomobili Laçın yolundan keçib.

Trend-in aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, Xankəndi istiqamətinə gedən avtomobilin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Gün ərzində bu saata qədər Laçından Xankəndi istiqamətinə 23 maşın, Xankəndidən Laçın istiqamətinə isə 23 maşın maneəsiz keçid edib. Ümumilikdə, 46 maşının keçidinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 46 gündür davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.