Suriyada döyüşlərdə iştirak edən şəxs istintaq təcridxanasına köçürüldü
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Akif Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Akif Osmanovun saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətindən Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar qəbul edilib.
Məhləmə baxışı fevralın 3-ə təyin olunub.
Qeyd edək ki, beynəlxalq terrorçuluqla mübarizə istiqamətində keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı terror təşkilatının Türkiyədə fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə bu ölkə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilən, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilmiş 45 yaşlı Azərbaycan vətəndaşı Osmanov Akif Aydın oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.
Başlanılmış cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriyanın Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində "Azəri Camaatı" adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə "Şeyx Süleyman" qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.
Akif Osmanova Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə ittiham verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağdamda yol qəzasında yaralananların kimliyi açıqlanıb - Yenilənib
-
Sabah Bakı, Salyan və Masallının bəzi ərazilərində işıq olmayacaq
-
Astarada ağır qəza - ölən və xəsarət alanlar var
-
Cavan Zeynallının səhhətində problem yarandı
-
Bakı–Naxçıvan reysləri ləğv edildi
-
“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
XƏBƏR LENTİ
-
Oteldə dəhlizin sonundakı otağı heç vaxt seçməyin
-
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
-
Bahalı kremlərə ehtiyac yoxdur: 5 dəqiqədə hazırlanan təbii nəmləndirici
-
Soyuducudakı rəflərin əsl qaydası: Bildikləriniz yanlış ola bilər
-
Sonuncu fincan qəhvə üçün ideal vaxt açıqlandı
-
Televizoru söndürün, münasibətinizi gücləndirin: Ən xoşbəxt cütlüklərin 5 axşam vərdişi
-
DÇ-2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın edib
-
Balıqdan daha çox Omega-3: Həm ucuz, həm də möcüzəvi bitki - pərpətöyün
-
AA və AAA batareyaları sən demə, gücü yox, ölçünü göstərirmiş
-
Ağdamda yol qəzasında yaralananların kimliyi açıqlanıb - Yenilənib
-
Müctəba Xamenei İran xalqına müraciət etdi
-
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
-
Günün qoroskopu: İş həyatınızda yeni bir tempə daxil olursunuz
-
Yeni “iPhone 18 Pro”nun qiyməti açıqlandı
-
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək
-
Sabah Bakı, Salyan və Masallının bəzi ərazilərində işıq olmayacaq
-
Moskvadakı ticarət mərkəzində iki Azərbaycan vətəndaşı yaralanıb
-
Astarada ağır qəza - ölən və xəsarət alanlar var
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb (Video)
-
Cavan Zeynallının səhhətində problem yarandı
-
Bakı–Naxçıvan reysləri ləğv edildi
-
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
-
“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq





