Ölkə

Məhkəmə sədrinin qardaşı oğlu faciəvi şəkildə öldü - FOTO

12 Yanvar 2023 10:26
Baxış: 2 413
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ələt-Astara magistralında ölümlə nəticələnən qəza baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, magistralın Salyandan keçən hissəsində Masallı rayon sakini, Araz Məcidovun idarə etdiyi "KamAZ"la digər yük maşını toqquşub. Nəticədə A.Məcidovun sərnişini, Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Kiçibəyov Rahid Elibəyi oğlu hadisə yerində ölüb. Sürücü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəzada vəfat edən R.Kiçibəyov Lerik Rayon Məhkəməsinin sədri Atabəy Kiçibəyovun qardaşı oğludur. O, biznes fəaliyyəti ilə məşğul olurmuş və yük maşınında bir neçə ton un olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.