Ölkə

Yol polisi sürücülərə müraciət etdi - VİDEO

9 Yanvar 2023 14:20
Baxış: 1 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər nazirliyinin Baş DYP İdarəsi kəskin hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev açıqlamasında bildirib ki, qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərin şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər.

"Bütün sürücülərdən xahiş edirik ki, zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər. Eyni zamanda texniki vəziyyəti nasaz olan (xüsusilə əyləc sistemi nasaz olan), eləcə də mövsümi şinləri olmayan avtomobillərlə yollara çıxmasınlar. Nəzərə alsınlar ki, belə nəqliyyat vasitələrinin sürüşmə halları daha çox olur ki, nəticədə hansısa bir xoşagəlməz hallar baş verə bilir", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.