Ölkə

Bakıda hoteldə transseksualları döydülər

9 Yanvar 2023 10:06
Baxış: 2 884
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda hotellərdən birində insident baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Badamdar qəsəbəsində yerləşən "AEF" hoteldə cinsi azlıq nümayəndəsi (transseksual) olan iki gənc döyülüb. Belə ki, hotelə dəvət edilən 2005-ci il təvəllüdlü S.A. və 2003-cü il təvəllüdlü S.Ş. görüşdükləri şəxslərin hücumuna məruz qalıb. Müxtəlif dərəcəli xəsarətlər alan şəxslər üzləşdikləri hadisə barədə polisə məlumat veriblər. Onlar daha sonra 41-ci Polis Bölməsinə gedərək şikayət ərizəsi yazıblar.

İlkin araşdırmalardan sonra cinsi azlıq nümayəndələrini döyən şəxslərin Qazaxıstan vətəndaşı, 1993-cü il təvəllüdlü N.Zakirov və Gəncə sakini, 1996-cı il təvəllüdlü A.Həbillahov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.