Ölkə

Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldü - FOTO

6 Yanvar 2023 10:31
Baxış: 6 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 25-də Bakı-Quba magistralının Şabran rayonunundan keçən hissəsində ağır qəzada xəsarət alan ana və oğlu xəstəxanada vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Hyundai" markalı avtomobillə toqquşandan sonra aşan "Opel"də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və oğlu, 29 yaşlı Fariz Bayramoğlu Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib. 

Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb.

Qeyd edək ki, F.Bayramoğlunun iki yaşlı qızı qalıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.