“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Forumu” Şuşada yekunlaşdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Forumu"nun ikinci günü ölkəmizin mədəniyyət paytaxtı Şuşada davam edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, öncə Gəncə qapılarını və "Güllələnmiş heykəllər"i ziyarət edən qonaqlara şəhərdə aparılan yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat verilib.
Şuşadakı forum üzv dövlətlərin öz ərazilərində yaşayan və fəaliyyət göstərən iştirakçı dövlətlərin diasporlarının fəaliyyətinin qarşılıqlı tənzimlənməsi və koordinasiya məsələlərinin müzakirəsindən başlayıb.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə keçirilən forumun ikinci günündə Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov tədbir iştirakçılarına Şuşada aparılan abadlıq və bərpa-quruculuq işləri, eləcə də gələcək planlar barədə məlumat verib.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 200 milyonluq türk dünyasının bir araya gəlməsində diasporun mühüm rolunun olduğunu bildirib, komitənin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Forum iştirakçısı olan Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri diasporlar arasında ardıcıl və sistemli əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıblar.
Daha sonra 2023-cü ildə Türk Dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi təklif olunan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb, "Türk diasporu həftəsi"nin keçirilməsi təklif olunub.
Tədbir "Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu"nun iştirakçı qurumlarının birgə bəyanatının qəbul olunması ilə yekunlaşıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
XƏBƏR LENTİ
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var





