Ölkə

DİN: "Yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir"

15 Dekabr 2022 16:01
Baxış: 1 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir".

Milli.Az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev feysbukda yazıb.

"Əziz dostlar, doğmalarınıza, yaxınlarınıza imkan verməyin avtomobili yüksək sürətlə sürsünlər. Onlara anladın ki, onları gözləyən var. Baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir, sürətdir, sürətdir. Sürət yolu deyil, ömrü qısaldır", - o bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Vito" markalı mikroavtobusla TIR toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 7 nəfər həlak olub, TIR sürücüsü isə xəsarət alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.