Ölkə

Bu gün hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir - Nazir

15 Dekabr 2022 10:37
Baxış: 1 076
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sertifikasiyanın nəticələrinə uyğun olaraq, 60 sual verilib, onlardan 50-si ibtidai sinifə aid suallardır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, ibtidai sinif müəllimlərindən serifikasiyaya başlamağımız da boşuna deyildi:

"Çünki uşaqlar ilk biliklərə ibtidai sinifdə yiyələnir. Bu biliklər yiyələnmə səviyyəsi də müəllimin öz fənnini bilməsindən asılıdır. Yaxşı xəbər odur ki, bu gün hər 4 müəllimdən 3-ü öz fənnindən minimal biliklərə sahibdir. Sertfikasiyadan sonra bizim ibtidai sinif müəllimləri arsında qross əməkhaqqımız 1000 manata yaxındır. Bu düşünürəm çox yaxşı rəqəmdir. Pis xəbər isə odur ki, 4 müəllimdən biri öz fənnindən minimal balı toplaya bilməyib. 76 % müəllim 8787 nəfər müəllim sertifikasiyadan keçib. Çox az sayda müəllimimiz var ki, imtahandan kəsilib. Artıq 10 ilə yaxındır ki, biz müəllimləri imtahanla işə qəbul edirik. 1 nəfər belə müəllim yoxdur ki, bizim imtahanla işə qəbul etdiyimiz müəllimlərdən bu imtahandan kəsilsin. Bu yaxşı xəbərdir. Düşünürük ki, MİQ-lə settifikasiya arasında da əlaqə var".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.