Ölkə

Yol polisindən avtobus zolaqları ilə bağlı müraciət

14 Dekabr 2022 16:45
Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib.

İdarənin baş inspektoru Araz Əsgərli açıqlamasında bildirib ki, paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə sürücülərdən avtobus zolaqlarının tələblərinə ciddi şəkildə riayət etmək xahiş olunur: "Əks təqdirdə hər bir sürücü bilməlidir ki, təyinatı üzrə öz zolağı ilə hərəkət etməyib, avtobus zolağına daxil olduqda bu əməl İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, yəni nişanın tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur. Qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur. Lakin paytaxtın Qara Qarayev, Məhəmməd Hadi, Atatürk və Ziya Bünyadov kimi nəqliyyatın daha da intensiv olduğu ərazilərdə əlavə naryadlar cəlb olunmaqla ərazi üzrə nəzarət edilir. Avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmaq, inzibati məsuliyyət yaradan hallardan çəkinmək və nəticədə paytaxt yollarında nəqliyyat axının səmərəli formada hərəkətini təşkil etməklə nəqliyyat ehtiyaclarının ödənilməsi və yollarda əlavə yüklənmənin olmaması üçün hər bir sürücüdən anlayışlı münasibət tələb olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.