Ölkə

50 yaşlı kişi ilə ailə quran qızın yaşı 17-dən çox imiş - YENİLƏNİB

12 Dekabr 2022 12:19
Baxış: 4 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

12:19

Sosial şəbəkələrdə Gədəbəy rayonunda 50 yaşlı şəxsin 17 yaşlı qızla evlənməsi barədə məlumatlar yayılıb. İddia edilib ki, nikah yaşına çatmayan qız özündən 33 yaş böyük kişi ilə ailə həyatı qurub. 

Milli.Az bildirir ki, araşdırmalar nəticəsində ailə quran qızın 17 deyil, 23 yaşının olması məlum olub. Gənc qızla ailə quran 50 yaşlı  şəxs isə Gədəbəyin Əmiraslanlı (keçmiş Şəkərbəyli) kəndinin sakinidir. O, bu kənddə qeydiyyatda olsa da, başqa ünvanda daimi yaşayır.

O da məlum olub ki, yeni evlənən kişi daha əvvəl bir neçə dəfə ailəli olub.

----------

11:54

Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə məlumat polis tərəfindən araşdırılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində müvafiq araşdırma aparılıb:

"Araşdırma zamanı məlum olub ki, qızın 17 yaşı tamam olub. Onların nikaha daxil olması ilə bağlı hər hansı bir məlumat öz təsdiqini tapmayıb. Hazırda Polis Şöbəsində araşdırmalar davam etdirilir", Eşqin Qasımov deyib.

Qeyd edək ki, Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişi ilə evlənməsi barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.