Qətlə yetirilən 16 yaşlı Turanın ailəsində MÜNAQİŞƏ: Valideynlər nə barədə razılaşa bilmirlər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən ay qətlə yetirilən 16 yaşlı cüdoçu Turan Rüstəmovun anası Sevinc Xəlilova zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmayıb.
Milli.Az xəbər verir ki, S. Xəlilovanın vəkili Mehman Muradlının sözlərinə görə, buna səbəb olaraq atası Rəsulov Zəkinin daha tez müraciət etməsi göstərilib:
"Atanı nə vaxt hüquqi varis kimi qəbul etdiklərini soruşduqda, dekabrın 5-i tarixini göstərdilər. Ancaq ayın 5-i mən də ərizə vermişdim, müstəntiq orada yox idi. Həmin gün dəfələrlə müstəntiqin iş otağına zəng etmişdim, gəlmədiyini bildirmişdilər. Müstəntiq işdə olmadığı halda atanı necə hüquqi varis kimi tanıya bilər? Müstəntiq mənə deyir ki, siz ayın 5-i ərizə versəniz də, mənə dəftərxanadan ayın 6-da çatdırılıb. Ancaq mən dəftərxana ilə ayın 6-sı da, 7-si də əlaqə saxlamışdım. Mənə ərizənin təqdim olunduğu deyilirdi. Dəfələrlə zəng etsəm də müstəntiqlə əlaqə yarada bilmirdim."
Vəkilin sözlərinə görə, Sevinc Xəlilova və Zəki Rəsulov ayrıldığından mərhum Tural Rüstəmov 1 yaşından anası Sevinc Xəlilovanın himayəsində olub:
"Ayrı-ayrı yerlərdə yaşayıblar. Ata faktiki olaraq öz valideynlik hüququnu həyata keçirməyib. Ailə Mingəçevirdə kirayədə yaşayıb və ata onlarla maraqlanmayıb".
O da məlum olub ki, Sevinc Xəlilova Zəki Rəsulovla 15 yaşında ailə qurub. 17 yaşında ilk övladları, 19 yaşında isə ikinci övladı mərhum Tural Rüstəmov dünyaya gəlib. Turalın bir yaşı olanda Zəki Sevinci evdən qovub və Sevinc ata evinə sığınıb. Bir il sonra qadın məhkəməyə boşanma ərizəsi verib və 2008-ci ildə rəsmi olaraq ayrılıblar. Sevinc Mingəçevirdə işləyib və oğlu Tural da Mingəçevirdə məşqlərə getdiyindən ana və övladı hər gün Yevlaxldan Mingəçevirə getmək zorunda qalıblar. Sonradan isə Turalın məşqləri intensiv hal aldığından Mingəçevirdə kirayədə yaşamağa başlayıblar. Ata Zəki Rəsulov isə hər uşağa 100 manat olmaqla övladlarına 200 manat aliment ödəyib. (sfera.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
XƏBƏR LENTİ
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas





