Yüksək vəzifəli məmurların ən böyük mənimsəmə FAKTLARI - ARAŞDIRMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə zaman-zaman xüsusi xidmət orqanları tərəfindən yüksək ranqlı məmur həbslərinə şahidlik edirik. Ələxsus da, son dövrlərdə mənimsəmə, rüşvətalma kimi fəaliyyətlərdə ittiham olunan məmurlar bu əməllərinə görə cəzalandırırlar.
Müvafiq araşdırmaların nəticəsində bir sıra hallarda külli miqdarda vəsaitin mənimsəniləməsi halları üzə çıxır.
Milli.Az bildirir ki, Bizim.Media bu günə qədər ölkəmizdə üzə çıxmış ən böyük mənimsəmə hallarını araşdırıb.
1. Eldar Həsənov
Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub.
2. Nizami Məmmədov
Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.
3. Mənsur Əsgərov
Noyabrın 25-də Bakı şəhəri Səbail rayon məhkəməsi xüsusi xidmət orqanları tərəfindən aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən M. Əsgərov 132 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur.
4. Rafael Əliyev
Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev xüsusi xidmət orqanları tərəfindən Naxçıvan Gömrük Komitəsində həyata keçirilən əməliyyatlarda həbs olunub. Həbs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə icra edilib.
Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla "xüsusilə külli miqdar" təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
5. Səlim Müslümov
2021-ci ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb. Keçmiş nazir 27 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunub.
6. Vilyam Hacıyev
İmişlinin sabiq icra başçısının mənimsəməkdə ittiham olunduğun məbləğ isə 8 milyon manatdır. Sabiq məmur külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma kimi qanunazidd əməllərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.
7. Alimpaşa Məmmədov
Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 7 milyon manata yaxın vəsaiti mənimsəmədə və rüşvətalmada ittiham olunub.
8. Əhməd Əhmədov
Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinib. Bir neçə gün öncə isə sabiq nazirin səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxıldığı ilə bağlı xəbərlər yayılıb.
9. Vüqar Səfərli
KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, "KİVDF" işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
XƏBƏR LENTİ
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi





