Bu qəsəbənin sakinləri yağışdan qorxur: “Evdən 2 ayyaqabı ilə çıxırıq” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ramana qəsəbəsi, Yeni yaşayış massivində yaşayanlar palçığa batmamaq üçün ehtiyatla hərəkət etməyə məcburdurlar. Sakinlər illərdir ki, asfalt üzünə həsrət qalıblar. Burada yaşayanların ən böyük qorxusu yağışdır və onlar heç vaxt yağış arzulamayıblar.
Milli.Az xəbər verir ki, "ATV Xəbər" sakinlərin illərdir yaşadığı problemi işıqlandırıb.
Yaşayış massivinin problemləri 2003 cü ildən bəri köhnə olmaqda davam edir. İnsanlar bura köçəndən bəri nə yoldan istifadə edə bilirlər, nə də kanalizasiya şəbəkəsi yoxdur. Amma ən əsası isə yolsuzluqdur. Rezin çəkmələrdən istifadə edirlər, avtomobillər isə gölməçələrin ortası ilə hərəkət etmək məcburiyyətindədir.
Sakin: "Skoru gəlir-gəlmir, deyir girə bilmirəm. Taksi gəlir, girmir bura. Mən də yeriyə bilmirəm, ayaqlarım tutulub, işləmir. Kanalizasiya axır qapıya, yerimək mümkün deyil".
Yeni yaşayış massivində təhsil alan şagirdlərin yükü isə təkcə çantaları deyil. Palçığa batan şagirdlər məktəbə həm də əlavə ayyaqabı aparmalı olurlar.
Sakin: "Biz burdan keçəndə ayağımıza "çəkələk" geyinirik ki, gedək dəyişək. Ayağımıza baxın, nə gündədir. Biz çəkələk "geyinirik" ki, orda dəyişək, məktəbə çatanda səliqəli olsun. Evdən 2 ayyaqabı ilə çıxırıq".
Problemin həllinə gəlincə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Qurum qəsəbədaxili yollara xidmət etmir. Yalnız rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən siyahı əsasında bu cür yolların təmiri həyata keçirilir.
Ramana qəsəbə nümayəndəliyindən isə bildirildi ki, qəsəbədə ümumilikdə təmirə ehtiyacı olan 259 küçənin siyahısı tərtib olunaraq aidiyyatı üzrə təqdim olunub. Bu vaxta qədər əksər küçələrdə asfaltlanma işləri aparılıb. Digər küçələrin təmiri isə mərhələli şəkildə həyata keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
XƏBƏR LENTİ
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu agentliyin əməkdaşı imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi





