Ölkə

Bakı dairəvi yolunda dəyişiklik edildi - FOTO

25 Noyabr 2022 10:25
Baxış: 1 140

Bakı dairəvi yolunda sürücüləri narahat edən, nişanlanma ilə bağlı problem aradan qaldırılıb. 

Milli.Az xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, həmin yolda nişanlanma oxu dəyişdirilib: "Yolun Alatava qəsəbəsinin bərabərində sağ kənar hissədən sola - orta hərəkət hissəsinə keçid edərək Biləcəriyə getmək üçün olan kəsiyi qarşısında sol zolaqdakı 1.18 nişanlanma oxu dəyişdirilib. Həmin ox sol zolaqdan yalnız sola hərəkətə icazə verirdi. Bu da hərəkət şəraitinə və oradan sola gedən avtomobillərin sayına uyğun deyildi. Bizim də bu məsələni işıqlandırmağımızdan sonra həmin ox dəyişdirildi və indi sol zolaqdan həm düzünə, həm də sola getmək olar".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics