Ölkə

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

15 Noyabr 2022 11:03
Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Siyəzən rayonu akvatoriyasında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Milli.Az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakini Tural Mustafayev, Siyəzən rayon sakinləri Qiyas İslamov və Valeh Hüseynov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 200 metr uzunluğunda sintetik tor götürülüb.

"Eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə Neftçala rayon sakini Elməddin Axundov və Abşeron rayon sakini Amid Nağıyev saxlanılıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.