Ölkə

Bakıda sükan arxasına keçən uşaq təhlükə saçdı - VİDEO

14 Noyabr 2022 13:54
Baxış: 1 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda azyaşlı uşağın sükan arxasına keçməsi müzakirələrə səbəb olub. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, görüntülər "Instagram" sosial şəbəkəsində yayılıb. Belə ki, yan oturacaqda valideyninin nəzarəti altında təxminən 6-7 yaşlı uşaq Zığ şosesi boyunca sükan arxasına keçərək avtomobili idarə edib. Çəkiliş boyunca uşağa "bir az yavaş sür" deyildiyi eşidilir. 

Videogörüntülər sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığına səbəb olub. Bir qrup insan buna müsbət reaksiya verərək, əhsən deyib. Digər bir qrup isə bunun həm uşaq, həm də digər hərəkət iştirakçıları üçün təhlükəli olduğunu yazaraq irad bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.