Ölkə

144 milyon uşaq və gənc təhsildən kənardadır - UNESCO

5 Noyabr 2022 10:57
Baxış: 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dünyada 144 milyon uşaq və gənc hələ də məktəbdən kənardadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu şənbə günü UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini "Təhsildə Yeni Çağırışlar" III Beynəlxalq Forumunda videokonfrans vasitəsilə iştirakı zamanı deyib.

Onun sözlərinə görə,10 uşaqdan 6-sı çox sadə hekayələri belə oxumaq iqtidarında deyil.

"Həqiqətən vəziyyət çox acınacaqlıdır. Öyrənmə mühiti mütləq olaraq təmin edilməlidir. Bu kifayət qədər iddialı məsələdir. Məktəbdəki təcrübə bir həyat təcrübəsi olmalıdır. Bu hər bir siyasətin başlıca məqsədi olmalıdır. Təhsil emosional və sosial prosessdir ki, burada məhz təcrübəli, bacarıqlı müəllimlər başlıca rol oynayırlar", - deyə o əlavə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.