Ölkə

İşdən çıxarılan nazir müavini danışdı - “İndi elə bir vəziyyətdir ki...”

4 Noyabr 2022 11:28
Baxış: 5 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla saxlanılan və sonradan sərbəst buraxılan nazir müavini Elnur Əliyev açıqlama verib.

Milli.Az "Gununsesi.info"ya istinadən xəbər verir ki, Elnur Əliyev evində olduğunu bildirib: "Hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar".

Qeyd edək ki, Elnur Əliyev sərbəst buraxılsa da, ötən gün nazirin birinci müavini vəzifəsindən azad olunub. Əməliyyatdan sonra nazirliyin texniki təchizat və əmlakın idarəedilməsi şöbəsinin müdiri İlkin Nəsibov isə həbs edilib. Onun E.Əliyevin xalası oğlu olduğu iddia olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.