Ölkə

Qış gəldi, kombilər bahalaşdı - VİDEO

29 Oktyabr 2022 15:54
Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təlabat artdıqca, qiymətlər də qalxır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bazarda istilik sistemləri bahalaşıb. Belə ki, qış mövsümü yaxınlaşdıqca kombi, radiator və sobaların satışında canlanma yaranıb. Bu da qiymətlərə təsirsiz ötüşmür. Satıcılar deyirlər ki, radiatorlar ötən il ilə müqayisədə 30-40 faizədək bahalaşıb. İtaliya istehsalı olan radiatorların qiymətində isə daha çox artım var.

Kombilərin qiymətidə müəyyən qədər bahalaşıb. Hazırda satışda olan kombi brendləri 550-1200 manat aralığındadır. 

Qaz və elektriklə işləyən sobaların qiyməti isə ölçüsünə və dizaynına görə dəyişir.

Satıcıların dediyinə görə, qiyməti sərfəli olduğu üçün müştərilərdaha çox soba almağa üstünlük verirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.