Ölkə

Milli Qəhrəman olan sabiq icra başçısı vəfat etdi

26 Oktyabr 2022 09:57
Baxış: 3 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), Azərbaycanın Milli Qəhrəmanı (1992), Qarabağ müharibəsi iştirakçısı Maşallah Abdullayev vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Goranboy rayonunda yaşayan Milli Qəhrəman ömrünün 72-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Maşallah Abdullayev 1992-ci ildə Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində şücaət göstərib.

Birinci Qarabağ Müharibəsindən sonra M.Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədri olub. İgidliyə görə general Məhəmməd Əsədov adına mükafata və  "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalına layiq görülüb.

Uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən M.Abdullayev əməliyyat edilərək Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.