Ölkə

Tovuzda 18 yaşlı ana doğuşdan 19 gün sonra öldü

18 Oktyabr 2022 15:00
Baxış: 1 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuzda ana doğuşdan 19 gün sonra ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, sentyabrın 28-də rayonun Alakol kənd sakini, 2004-cü il təvəllüdlü Z.Əliyeva rayon Mərkəzi xəstəxanasına doğuş üçün gətirilib.

Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Xəstəxanadan APA-ya verilən məlumata görə doğuşdan sonra ananın vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərinə aparılıb. Bakıda bir neçə gün qaldıqdan sonra qadın vəziyyəti yaxşılaşdığı üçün yaşadığı evə gətirilib. Lakin ötən gün yenidən halı pisləşən 18 yaşlı ana Tovuz rayon ağır vəziyyətdə Mərkəzi xəstəxanasına çatdırılıb və orada keçinib.

Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.