Ölkə

Göyçayda azyaşlı atasını güllələyib

18 Oktyabr 2022 13:12
Baxış: 2 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay rayon sakini tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Eyvazov Ariz Mübariz oğlu qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma zamanı onun 6 yaşlı oğlunun əlində olan tir tüfəngindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə yarası aldığı məlum olub. Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyə əməliyyatı olunub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.