Ölkə

“WhatsApp”da yeni funksiyalar: Son görülməni gizlətmək qaydası dəyişdi - FOTO

17 Oktyabr 2022 12:46
Baxış: 4 335
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"WhatsApp"da əlavə 2 funksiya yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "WhatsApp"da son vaxtlara kimi son görülmə funksiyası aktiv idi. Bu funksiya vasitəsi ilə heç kəs istifadəçinin nə zaman "WhatsApp"da olduğunu bilmirdi. İndi yeni versiyadan sonra istifadəçilər onlayn olmalarını da gizlədə biləcək.

Bu yenilikdən sonra istifadəçilər son görülmə və onlayn olmağınızı hər kəsdən yox, seçdiyiniz insanlardan gizlədə biləcəklər.

Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:

1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2. Növbəti ekranda "hesab" xanasını seçin.

3. İndi "Məxfilik" xanasını seçin.

4. Daha sonra "Son görünmə və onlayn" xanasına toxunun.

5. Növbəti xanada "Son görünməmi kimlər görə bilər" və "Onlayn olduğumu kimlər görə bilər" funksiyasını aktiv edə bilərsiniz.

"WhatsApp"da digər yenilik də edilib

"WhatsApp"da 2.22.22.14 beta versiyasına göndərilən mesajları redaktə etmək funksiyası əlavə edilib.

Hazırda yeni seçim mesajın mətnini göndərildikdən cəmi 15 dəqiqə sonra düzəltməyə imkan verir. Redaktə edildikdən sonra yazı "Redaktə edilib" şəklində qeyd olunacaq. Funksiya göndərilmə saatının yanındakı sahədə yerləşir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.