Ölkə

Azərbaycanda iş adamı havaya atəş açdı, axtarışa verildi - VİDEO

17 Oktyabr 2022 11:18
Baxış: 3 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəy rayonunda iş adamı havaya atəş açıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Həmin şəxs odlu silahla havaya atəş açıb və bunun görüntüləri paylaşılıb.

Milli.Az xəbər verir ki, məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov açıqlamasında bildirib ki, sosial şəbəkələrdə sözügedən videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy Rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib:

"Keçirilən müəyyən tədbirlər nəticəsində videodakı şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması müəyyən edilib. O, hazırda ölkə xaricindədir. Hazırda həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir".

Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs iş adamıdır. Hazırda onun Dubayda olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.