Ölkə

Bakıda naməlum avtomobil qadını vuraraq hadisə yerindən qaçıb

17 Oktyabr 2022 10:56
Baxış: 1 062
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Naməlum avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Sürəyya Əfəndiyevanı vurub hadisə yerindən qaçıb. Zərbənin nəticəsindən qadın qarşı yolda hərəkətdə olan Hüseyn Fətullayevin idarə etdiyi "Hyundai" markalı avtomobilin qabağına düşərək ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.