Ölkə

Səhiyyə Nazirliyi dərman qıtlığının yaranmasına aydınlıq gətirib

12 Oktyabr 2022 11:42
Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi ölkədə bir sıra dərmanların satışda tapılmamasına aydınlıq gətirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Milli.Az-a bildirilib ki, "Adrenalin - Zdorovye", "Adrenalin -Darnitsa", "Penepin" və "Penepin Jr" (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.

Qeyd olunub ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: "Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur.

O ki, qaldı "niyə apteklərdə yoxdur və niyə gətirilmir" sualına, bu məsələ Səhiyyə Nazirliyi və Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".

Xatırladaq ki, son zamanlar apteklərdə adrenalin tərkibli dərmanların qıtlığı müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.