Ölkə

“Səhər 8-dir, Laçında həyat qaynayır...” - VİDEO

12 Oktyabr 2022 10:07
Baxış: 4 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nəzarətimizə keçdikdən sonra təkrarən Laçın şəhərinə gəldim. İnanılmaz fərq göz qabağındadır".

Milli.Az xəbər verir ki, bu sözləri Laçına gedən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov öz feysbuk hesabında yazıb.

Laçından görüntü paylaşan hüquqşünasın sözlərinə görə, şəhərin hər yerində tikinti, yenidənqurma, bərpa işləri gedir:

"Laçında həyat qaynayır. Şəhər nəhəng tikinti meydançasını xatırladır. Kommunikasiyalar yenilənir, evlər, inzibati binalar, yollar bərpa olunur, şəhər kol-kosdan təmizlənir. Bir sözlə, düşmənin vurduğu "yaralar" sağaldılır...

Əminəm ki, yaxın illərdə Laçın ölkəmizin ən gözəl və rahat şəhərlərindən birinə çevriləcək.

Xalqımız, Dövlətimiz və Ordumuz daima var olsun!"

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.