Tezliklə Füzuli və Ağdamda 2 mərkəzi xəstəxananın tikintisinə başlanılacaq.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərin 13 faizi minalardan təmizlənib və buna paralel olaraq da yenidənqurma işləri aparılır.
Milli.Az