Ölkə

Vahid taksi XİDMƏTİ - Bu nə qədər real layihədir?

8 Oktyabr 2022 16:40
Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb. 

"Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar". 

Vahid taksi xidməti görəsən nə deməkdir? Burada nələr əks olunmalıdır və ümumiyyətlə ona ehtiyac varmı? 

Milli.Az bildirir ki, Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı vahid taksi xidmətinin yaradılmasını mümkünsüz hesab edir:

"Taksi xidməti sahibkarlıq sahəsidir. Ona görə bu sahədə heç kim monopoliya yarada, mərkəzləşdirilmiş sistem qura, xidməti vahid mərkəzə çevirə bilməz. Bütün taksilərin eyni şirkət tərəfindən alınması, hamısının bir şirkətə cəlb olunması sahibkarlıq fəaliyyətinə ziddir. Taksi xidməti sahəsində çoxsaylı şirkətlər fəaliyyət göstərir.

Onların yalnız idarəolunması və nəzarət mərkəzdən həyata keçirilə bilər ki, vətəndaşlar nöqsan və qüsurlar barədə məlumat versinlər.

Məsələn, vətəndaşlar taksi xidmətindən şikayətlərini vahid bir mərkəzə bildirə bilərlər. Bakı Nəqliyyat Xidmətində olduğu kimi, burada da qaynar xəttin yaradılması məqbuldur. Vahid taksi xidmətinin yaradılması yalnız bu məqsədə xidmət etməlidir. Bütün taksilər kameralarla təchiz edilməlidir. Hər bir taksidə sürücü haqqında məlumat lövhəsi olmalıdır". 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.