Ölkə

Jalə Əhmədova həyat yoldaşının ölüm səbəbini açıqladı

5 Oktyabr 2022 12:26
Baxış: 6 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sağlamlığı ilə bağlı heç bir şikayəti yox idi. Axşam mədəsinin ağrıdığını və özünü yaxşı hiss etmədiyini dedi. Düşündüm, özünü yenə soyuğa verib. Elə bir az keçmişdi ki, anidən başını qoydu yerə. Sən demə, infarkt keçirirmiş".

Milli.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Jalə Əhmədova həyat yoldaşının vəfatı haqda danışarkən deyib.

O bildirib ki, Babək Əhmədov 51 yaşında dünyasını dəyişib: "Elə çox yaşı da yox idi. Ürəktutmadan rəhmətə getdi. Valideynlərin qərarı ilə Xaçmazda öz doğmalarının yanında torpağa tapşırdıq".

Qeyd edək ki, Jalə Əhmədova 2020-ci ildə 59 saylı Salyan Seçki Dairəsindən deputat seçilib. Millət vəkilinin iki övladı var. Mərhum Xaçmaz rayonunda dəfn olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.