Pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklər pensiyaların daha çox artırılmasına imkan verəcək.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Azərbaycan sosial yönümlü dövlətdir və Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində vətəndaş dayanır.
"Cənab Prezident İlham Əliyevin apardığı siyasət hər zaman əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib və bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir.
2018-ci ildən başlayaraq ikinci mərhələdə pensiya sahəsində islahatlar aparılıb və bu sahədə inqilabi dəyişikliklər olub. Ölkə Prezidentinin bu ilin fevral ayında imzaladığı Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Sərəncamı ilə Nazirlər Kabinetinə iki tapşırıq verilmişdi.
Belə ki, qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının, o cümlədən dövlət qulluqçusu, hərbi və xüsusi rütbə daşıyan şəxslər, vergi, ədliyyə əməkdaşları, hakimlərin əmək pensiyasının indeksləşdirilərək artırılması mexanizmi ilə bağlı tapşırıq verilmişdi - əmək pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminin və 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10%-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilməsinə dair təkliflər təqdim etmək.
Bu tapşırıqların icrası ilə bağlı müvafiq nazirlik tərəfindən təkliflər hazırlanıb və "Əmək pensiyası haqqında" qanuna dəyişiklikdə həmin təkliflər əsasını tapıb", - deyə deputat bildirib.
O qeyd edib ki, ötən il pensiyaçılara onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə ödənilən 200 manat məbləğində maddi yardımın pensiyaların tərkibinə daxil edilməsi və ümumi məbləğin gələn ilin 1 yanvar tarixindən indeksləşdirilməsi pensiyaların daha çox artımını təmin edəcəkdir.
"Eyni zamanda bu dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, pensiyaçıların pensiyalarının indeksləşdirilməsində olan fərq aradan qaldırılsın və vahid indeksasiya metodu əsasında əmək pensiyaçılarının pensiyaları hesablansın. Yəni qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının pensiyasına 3-5 ildən bir əlavə edilirdisə və onların pensiyaları artırdısa, yeni indeksasiya metoduna keçiddən sonra hər ilin əvvəlində qulluq əlavəsi alan şəxslərin də pensiyası digər şəxslərin pensiyası kimi indeksləşdirilərək artırılacaq. Yəni qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası hər il indeksasiya ediləcək, əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahı yaxşılaşmış olacaq.
Pensiya artımlarında vahid indeksasiyanın tətbiq edilməsi pensiyaların inflyasiya təsirlərindən qorunmasını təmin edən dünyada geniş tətbiq edilən bir mexanizmdir.
Bundan sonra Azərbaycanda da əmək pensiyaları hesablanacaq. Vahid indeksasiya metodu ilə hesablama infilyasiyanın nəzərə alınmasına imkan verəcək ki, bu da çox önəmli bir məsələdir. Bu mütərəqqi bir addımdır və pensiyaçılrımızın sosial rifahının yaxşılaşdırılmasına yönəldilib", - deyə deputat əlavə edib.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
XƏBƏR LENTİ
-
Yeni Yasamalda yaşıllığı məhv edib hotel tikirlər? - (Video)
-
21-ci əsrin ən çox izlənilən serialları
-
Gəncədə yol qəzası - xəsarət alanlar var - (Foto)
-
Aleksandar Vuçiç istefa verib
-
Bakıətrafı ərazilərdə daşınmaz əmlakın qiyməti arta bilər - (Video)
-
Lamiyyə Ələkbərova bu verilişlə qayıdır
-
27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub - (Foto)
-
Kirayə pulu ödəməmək üçün maşınında yaşayır: Aylıq xərci nə qədərdir? - (Foto/Video)
-
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər - (Foto)
-
“Bakı, göstərdiyin sevgiyə görə təşəkkürlər” - (Video)
-
Kaşif Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Röya Ayxandan Anım günü ilə bağlı paylaşım - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
Niyə daha tez-tez tünd şokolad yeməlisiniz: Beş vacib fayda
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
-
Tanınmış fotoqraf və qızı Bakı-Sumqayıt yolunda ağır qəzaya düşüblər
-
Dünyada deputatların ən çox maaş aldığı 10 ölkə
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Şəhid tələbəsini bu sözlərlə yad etdi - (Fotolar)
-
“Akasya Durağı”nın aktrisası illər sonra üzə çıxdı - (Fotolar)
-
İdman brendi Benzemadan imtina etdi





