Hadrutda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə tibbi xidmətin təşkili üçün TƏBİB tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Qurumdan bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyati əhəmiyyətli sahələrdə, o cümlədən tibbi xidmətin təminatı sahəsində də geniş miqyaslı işlər görülməkdədir.
Bu işlər çərçivəsində bu gün Hadrut Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb.
Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Beyləqan Rayon Mərkəzi Xəstəxanasının struktur vahidi kimi yaradılıb.
Mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Beyləqan Rayon Mərkəzi Xəstəxanasından ezam olunan təcili tibbi yardım briqadası, həkim, orta tibb işçisi və kiçik tibb işçisi olmaqla 12 personal xidmət göstərəcək.
Sağlamlıq mərkəzinin binası əsaslı təmirdən sonra istifadəyə verilib və 6 min vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulub.
Müəssisə bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə təmin edilib.
Bundan əlavə, ASM-də 24 saat ərzində Təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib və reonomobil ambulansla tam təchiz olunub.
ASM-in açılışında TƏBİB-in Koordinasiya şöbəsinin müdiri Mübariz Ağayev, Prezidentin Xocavənd rayonu üzrə səlahiyyətli nümayəndəsi Əli Zeynalov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan və Xocavənd rayon mərkəzi xəstəxanalarının direktorları və Hadrut Ailə Sağlamlıq Mərkəzində çalışan tibb işçiləri iştirak ediblər.
Qeyd edək ki, indiyədək Hadrutda tibbi xidmət Beyləqan və Xocavənd rayon mərkəzi xəstəxanalarının səyyari briqadaları vasitəsilə təmin edilib.
Əlavə edək ki, Hadrut qəsəbəsində dövlət qurumlarında, təmir və tikinti şirkətlərində çalışan vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə ilkin səhiyyə xidməti göstərən Hadrut Ailə Sağlamlıq Mərkəzi Ağalı Ailə Sağlamlıq Mərkəzindən sonra işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlamış ikinci ilkin səhiyyə xidməti müəssisəsidir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sabiq nazir müavini qızına dəbdəbəli toy etdi - (Video)
-
Ağdamda traktor minaya düşdü
-
İsti havalarda dərman içənlərə xəbərdarlıq - (Video)
-
Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi - (Foto)
-
Sultanlar illər sonra görüşdü - (Foto)
-
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
XƏBƏR LENTİ
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər
-
Sabiq nazir müavini qızına dəbdəbəli toy etdi - (Video)
-
Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir
-
Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
-
Bugündən Avropaya səyahət edənlər üçün qaydalar sərtləşir
-
"Qarabağ"da gözlənilməz ayrılıq
-
Təyyarədə sərnişini yapışqan lentlə oturacağa bağladılar - (Video)
-
Günün qoroskopu: Maliyyə məsələlərini bu gün bir kənara qoyun
-
Ağdamda traktor minaya düşdü
-
Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
-
İsti havalarda dərman içənlərə xəbərdarlıq - (Video)
-
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
-
Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
-
Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi - (Foto)
-
Sultanlar illər sonra görüşdü - (Foto)
-
Süleyman Şükürov Avropa çempionu oldu
-
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
-
Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
-
Tuğba Ekinçi saxlanıldı
-
“Sabah” “Zirə”ni darmadağın etdi
-
Xəyalə Quliyeva “Maşın şou”da qazandığı avtomobillə foto paylaşdı
-
Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"
-
Serhat Kılıç evində ölü tapıldı





