Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə MÜRACİƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ili bağlı valideynlərə müraciət edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, polis polkovnik-leytenantı Mübariz Ağayevin dediyinə görə, yeni tədris ilinin başlanması ilə əlaqədar yollarda hərəkət intensivliyinin artacağını, xüsusilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının yaranacağını nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlər həyata keçirilir.
O bildirib ki, nəqliyyat sıxlığının ehtimal edildiyi ərazilərdə hərəkətin nizamlanması, vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında və rahat çatması üçün zəruri tədbirlər görülür, şəxsi heyət təlimatlandırılır.
"Lakin, əminliklə deyə bilərik ki, tıxacların qarşısının alınması və aradan qaldırılması üçün həyata keçirilən təşkilati-hüquqi tədbirlərlə yanaşı, sürücü və piyadaların bu sahədə aktiv iştirakçılığı bu məsələnin həllinə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biridir. Hərəkət iştirakçıları arasında məsuliyyət hissinin gücləndirilməsi, onların şəxsi deyil, ictimai maraqları üstünlük verməsi, xüsusilə fərdi avtomobil sürücülərinin vəziyyəti anlayışla qarşılaması, başqaları üçün süni gərginlik yaratmaqdan çəkinməsi, yol hərəkəti, o cümlədən dayanma, durma və parklanma qaydalarına qeyri-şərtsiz əməl etməsi paytaxt ərazisində müşahidə olunan sıxlığın aradan qaldırılmasında mühüm rola malikdir. Aparılan təhlillər göstərir ki, təhsil müəssisələrinin yerləşdiyi ərazidən keçən küçə və prospektlərdə sıxlığın, bəzi hallarda isə saatlarla davam edən tıxacların yaranmasının başlıca səbəbi məhz təhsil ocaqlarının ətrafında sürücülərin dayanma, durma və parklanma qaydalarını kobud şəkildə pozmasıdır.
Odur ki, övladlarını şəxsi nəqliyyat vasitəsilə məktəbə aparan valideynlərdən, ali və orta ixtisas təhsili müəssisələrində çalışan və təhsil alan şəxslərdən xahiş edirik ki, təhsil ocaqlarının ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Mövcud vəziyyəti, birgə maraqları nəzərə alaraq ictimai nəqliyyata üstünlük versinlər, şəxsi nəqliyyat vasitələrindən imtina etmək mümkün deyilsə, o halda dayanma, durma qaydalarına qeyri-şərtsiz riayət etsinlər.
Hər bir hərəkət iştirakçısı ətraf mühitə, əhval-ruhiyyəmizə, dəyərli vaxtımıza mənfi təsir göstərən tixacların qarşısının alınmasına töhfə verə bilər, sadəcə verilən tövsiyələrə əməl etmək, ictimai maraqlar naminə humanist və məsuliyyətli olmaq yetər!", - deyə Mübariz Ağayev vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
XƏBƏR LENTİ
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir





