Ölkə

Nişandan qayıdan ailə qəzaya düşdü, ölən var

5 Sentyabr 2022 10:00
Baxış: 2 499
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Elyasova Gülnarə (1967), Elyasova Vüsalə (1979), Mustafayeva Səyalı (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.