Ölkə

Küçədə qadını bıçaqlayan şəxs əri imiş - RƏSMİ

31 Avqust 2022 09:52
Baxış: 3 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda küçədə arvadını bıçaqlayaraq daha sonra maşınla hadisə yerindən qaçan şəxs barəsində cinayət işi başlanıb.

Yasamal rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, avqustun 30-da 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə bıçaqla çoxsaylı xəsarətlər yetirərək N.Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.