Ölkə

Məktəbli formalarının qiyməti açıqlandı: Harada satılacaq?

17 Avqust 2022 09:39
0 Şərh     Baxış: 4 239

Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur.

Bu barədə Milli.Az-a "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

O qeyd edib ki, hazırda yalnız aşağı siniflər (I-IV) üçün formalar hazırlanıb. Zaman az olduğu üçün yuxarı siniflər üçün hələ ki, forma hazırlanmayıb.

"Geyimləri Bakı Tikiş Evi ilə yanaşı bir neçə gün ərzində paytaxtda fəaliyyət göstərən "Bravo" supermarketlər şəbəkəsindən əldə etmək mümkün olacaq",-deyə o əlavə edib.

Xatırladaq ki, yeni məktəbli formaları artıq bu gündən satışa çıxarılıb.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics