Ölkə

Zaqatalada narkotik alverçisi saxlanılıb - VİDEO - FOTO

8 Avqust 2022 17:37
0 Şərh     Baxış: 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Musa Murtuzov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə M.Murtuzovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə kisədə və kibrit qutularında ümumi çəkisi 9 kiloqrama yaxın marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.