Ölkə

Əsgərimiz Laçında həlak oldu - YENİLƏNİB

5 Avqust 2022 16:34
Baxış: 7 226

16:34

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Tahir Əliyev Ağstafa rayonunda dəfn olunacaq.

2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayon Xətai kənd sakinidir.

Onun nəşi sabah Ağstafa rayon Yenigün kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Bundan əlavə, hadisə nəticəsində həlak olan 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu isə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

-------

15:44

Avqustun 5-i Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış əsgər Əliyev Tahir Çingiz oğlu vəfat edib.

-------

14:16

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics