Ölkə

Ağcabədidə bacısını öldürən şəxs saxlanıldı

18 İyul 2022 11:00
0 Şərh     Baxış: 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağcabədi rayonunda bacısını öldürən şəxs saxlanılıb.

Ağcabədi rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, iyulun 17-i saat 18 radələrində Ağcabədi rayonu, Aran kəndi yaxınlığında 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Lamiyə Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bayram Xudaverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.