Ölkə

Bakıda taksi sürücüsünü hədələyib maşınını və pulunu aldılar

7 İyul 2022 14:52
0 Şərh     Baxış: 847
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə iyulun 6-da saat 4 radələrində Bakı şəhər sakini H.Quliyevin idarə etdiyi "Toyota" markalı avtomobilə sərnişin qismində əyləşən şəxsin onu bıçaqla hədələyib 370 manatını talaması və avtomobillə hadisə yerindən uzaqlaşması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini C.Muxtarov Hacıqabul rayonu ərazisində avtomobillə birgə saxlanılıb. 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.