Ölkə

Nazirə yeni müşavir təyin edildi

6 İyul 2022 10:37
0 Şərh     Baxış: 1 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə naziri Teymur Musayevin yeni müşavir təyin edilib.

Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, R.Hacıəlibəyov səhiyyə nazirin müvafiq əmrinə əsasən, səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir vəzifəsinə təyin olunub.

Rüfət Hacıəlibəyov HP, Microsoft, SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.

Qeyd edək ki, Rüfət Cahangir oğlu Hacıəlibəyov 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycanın informasiya texnologiyaları sektorundakı uğurlu fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.