Ölkə

Ağdaşda fəhləni elektrik cərəyanı vuraraq öldürüb

29 İyun 2022 09:22
0 Şərh     Baxış: 751

Ağdaşda fəhləni elektrik cərəyanı vuraraq öldürüb

Rayon prokurorluğundan Milli.Az-a bildirilib, iyunun 28-i saat 14 radələrində Ağdaş rayonu, Qolqəti kəndi ərazisində 1993-cü il təvəllüdlü Elnur Osmanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Elnur Osmanov fəhlə kimi işlədiyi qeyd edilən kənd ərazisində ağacların suvarılması üçün nəzərdə tutulan göldə təmizlik işləri apararkən işlək vəziyyətdə olan elektrik nasosunun təsirindən yaranmış elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics