Ölkə

Bakıda tıxaca görə 40-a yaxın xətt üzrə avtobuslar gecikir - FOTO

23 İyun 2022 10:22
0 Şərh     Baxış: 1 337
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər pik saatlarında paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 20 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 40-a yaxın müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalından 10-15 dəqiqə və daha artıq gecikmələr var.

1. Yusif Səfərov küçəsi-Heydər Əliyev prospekti istiqamətində müşahidə olunan nəqliyyat sıxlığı 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 və 175 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobusların 8-10 dəqiqəyə gecikmə ilə hərəkət etməsinə səbəb olub.

2. Xocalı prospekti Yusif Səfərov küçəsi istiqamətindəki nəqliyyat sıxlığına görə 4, 10, 21, 30, 32, 46 və 49 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 7-8 dəqiqəyə gecikmə müşahidə olunur.

3. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində sıxlıq səbəbindən həmin ərazidən keçən 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 6-7 dəqiqəlik ləngimə var.

4. Həsən bəy Zərdabi küçəsində 20 Yanvar dairəsi istiqamətindəki sıxlıq isə 7B, 9, 14, 18, 29, 114A, 114B, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 9-10 dəqiqəyə gecikməyə səbəb olub.

5. Bakı-Sumqayıt şosesində-şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektindəki nəqliyyat sıxlığı 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqəlik gecikmə yaradıb.

6. Abdulla Şaiq küçəsi İnşaatçılar prospekti istiqamətindəki sıxlıq 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqəyə gecikməyə səbəb olmaqdadır.

7. Abbasqulu ağa Bakıxanov küçəsi-Türkiyə səfirliyi istiqamətində 3 və 17 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslar 11-12 dəqiqə gecikmə ilə hərəkət edir.

8. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində də nəqliyyat sıxlığı var. Bu səbəbdən də həmin ərazidən keçən 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda gecikmə 12-15 dəqiqəyə yaxın müşahidə olunur

9. Zabrat Şosesi-Maştağa istiqamətində 40, 131, 163, 216, 217, M8 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 10-11 dəqiqə gecikmə var.

10. Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətindəki sıxlıqla əlaqədar 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.

11. Yavər Əliyev küçəsi Aeroport şosesi istiqamətində sıxlığa görə 35, 40, 49, 76, 113 və 208 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 13-18 dəqiqə gecikmə müşahidə olunur.

12. Akademik Həsən Əliyev və Koroğlu Rəhimov küçələri-hər iki istiqamətdə sıxlıq səbəbindən də 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslar 11-16 dəqiqə gecikmə ilə hərəkət edir.

13. Dilarə Əliyeva küçəsi-hər iki istiqamətində sıxlıq müşahidə olunur ki, bu səbəbdən də 1, 2, 4, 14, 21, 30, 32, 40, 46, 88A və 175 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 8-9 dəqiqəyə gecikmə müşahidə olunur.

14. 28 May küçəsinin, Yusif Səfərov küçəsi ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıqla əlaqədar 1, 2, 4, 5, 21, 30, 32, 46, 88, 125, 127 və 175 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslar 10-12 dəqiqəyə gecikmə ilə hərəkət edir.

15. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində müşahidə olunan sıxlıq səbəbindən isə 5, 11 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-13 dəqiqə gecikmə var.

16. Azadlıq pr 28 May m/s istiqamətində sıxlıq səbəbindən də 4, 85 və 88 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 12-16 dəqiqəyə gecikmə müşahidə olunur.

17. Tbilisi prospekti-20 yanvar dairəsi və şəhər istiqamətindəki sıxlıq 2, 13, 65, və 79 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervalı 13-19 dəqiqə gecikdirir.

18. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində müşahidə olunan nəqliyyat sıxlığı 11 və 199 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 10-13 dəqiqə gecikmə yaradıb.

19. Binəqədi şosesi-Azadlıq m/st istiqamətində sıxlıq səbəbindən isə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xəttlərindəki avtobuslararası intervallarda 14-18 dəqiqə gecikmə müşahidə olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.