Ölkə

Bakıda həbsxanada 22 yaşlı məhbus öldü - 4 illik cəza almışdı

22 İyun 2022 13:22
0 Şərh     Baxış: 2 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıdakı cəzaçəkmə müəssisələrinin birində ölüm hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, Penitensiar Xidmətin Nərimanov rayonu ərazisində yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus, 2000-ci il təvəllüdlü İmran Nəriman oğlu Nağıyev qəfil vəfat edib.

İlkin müayinələrdən sonra 22 yaşlı məhkumun infarktdan öldüyü müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, İ.Nağıyev bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.