Ölkə

Bakının gecə həyatından şok görüntülər - Gizli çəkiliş - FOTOlar

19 İyun 2022 10:00
3 Şərh     Baxış: 3 383

Bakının gecə həyatı bir başqa dünyadır. Xüsusən də mərkəzi küçələr, ordakı əyləncə məkanları... Gecə 12-dən sonra ora çıxmısansa, özünü fərqli şəhərdə, əsrarəngiz dünyada hiss edirsən... Ətrafdan eşidilən əcnəbi səslər, ərəb, pakistanlı turistlərin üstünlük təşkil etdiyi gecə klubları, diskotekalar. İşbazlar da sanki bütün gecə həyatını və ümumən şəhərin mərkəzini bu kontingentə uyğunlaşdırıblar, onlar üçün dizayn ediblər. Ərəb dilində mahnılar, obyektlərin üzərindən asılan ərəb əlifbası ilə yazılan adlar... Hətta bərbərxanalar da xarici turistlərə hesablanıb: hər şey turist üçün, hər yer turist ümçün..

Milli.Az musavat.com-a istinadən bildirir ki, Gecə "Tarqovu"da xaricilərin kef məclisləri başlayır. Açıq və qapalı məkanlarda spirtli içkidən içib, bir-biriləri ilə sarmaş-dolaş olan xarici cütlüklər yalnız özlərini görürlər. Ətrafda baş verənlər və dolaşanlar onlar üçün maraqlı deyil. Ətrafda isə neft ölkəsinin ac sakinlərinə rast gəlirik. Bəli, evsiz və pulsuz sakinlər...

Bakı gecələri bir neçə hissəyə bölünür: gecə saat 12-yə, yəni, ictimai nəqliyyatın işlədiyi vaxta qədər Bakıda bir ayrı dünya olur. Gecə 12-dən sonra isə paytaxt sizə başqa üzünü göstərir: daha azad, daha komplekssiz, bəlkə də bir qədər ədəbsiz üzünü. Hər saatın ayrı müştərisi var. Turistlər üçünsə gecənin bütün saatları cənnətdir: təbii, ciblərində yetərli qədər pulları varsa...

Amma nəzərə alaq ki, turistlər və onların əyləncə anlayışları da bir-birindən kəskin fərqlənir. Məsələn, avropalı, eləcə də ingilis turistlərin yığışdığı publarla, ərəblərin yığışdığı publar arasında səviyyə fərqi var. İngilis turistlər açıq publarda oturmağa, orada dostları ilə yüksək səslə gülüb-əylənməyə üstünlük verirlər. Ərəb turistlər isə lüks, amma qapalı məkanları tərcih edir. Ərəb turistin əyləncədən anladığı intim xarakterli olandır - həyat qadınları, içki, xəlvət köşələr...

Ərəb turislərə, eləcə də yerli əyləncə sevərlərə intim göstərənlər isə sayca az deyil. Amma əvvəlki illərdən fərqli olaraq, artıq Bakının mərkəzi küçələrində "can bazarı", açıq alver getmir. Çünki mülki geyimli polislər şəhərin hər yerində monitorinq aparırlar. Əxlaqsızlıqla məşğul olan qadınlar əvvəlki kimi ərəblərə rahat şəkildə yaxınlaşa bilmir, çünki dərhal saxlanılırlar. Amma onlar burdan da çıxış yolu tapıblar: turistlərə telefonlarını verib, özlərinin şəklini çəkdirir, telefonu geri alanda isə nömrələrini verirlər. Beləcə, ilkin sövdələşmə baş tutur.

Və bir də Bakı gecələrində fahişəliyin 21-ci əsr modeli var. Məşhur məkanların qapısı önündə 20-21 yaşlı iki qız dayanır. Onlar xarici turistləri məkana dəvət etmək, dilxoşluq edərək, yoldan çıxarmaq missiyasını həyata keçirirlər. Əsl alver isə içəridə başlanır: müştəriyə 5 manatlıq malı 25, 25 manatlıq malı isə 50 manata satırlar. Bunu fahişəliyin daha mədəni forması adlandıranlar da var.

Elə düşünməyin ki, Bakının gecə həyatı yalnız əcnəbilər üçündür. "Torqovı"nın arxa küçələrindəki publara daha çox azərbaycanlı gənclər gəlir. Buralar balaca, ucuz, xudmani və az müştərisi ilə seçilən məkanlardır. Torqovının sol tərəfi isə əyləncə küçəsidir - orda ancaq gecə klubları yerləşir. Yeni gecə klubları daha çox şüşəli olaraq dizayn edilib. İçəridə rəqs edənlər yoldan keçən müştəriləri daha çox cəlb etsin deyə.

Amma gecənin yazılmamış qanunları da var. Bəzi məkanlara kişilər yanlarında qadın olmadan daxil ola bilmirlər. Yox, əgər tək əylənmək istəyirsizsə, mütləq lüks maşınınız olmalıdır. Çünki gecə klubunun qarşısında lüks maşından düşmək avtomatik bütün bağlı qapıları insanın üzünə açır.

Əsrarəngiz Bakının əməkçiləri, zəhmətkeşlərini də unutmaq olmaz. Gecənin dönərçisi, süpürgəçisi, salfetka satan uşağı.. Və bir də olmazsa olmaz dilənçiləri.

Gecəsi, qaranlığı, sirləri ilə Bakı bir başqa aləmdir. Bu dünyanın qaranlığında boğulmaq da olar, o zülmətdən aydınlığa çıxmaq da. Seçim sizindir...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

3 Şərh:

  • Anonim
    asi · 19 İyun 13:3430

    Çox heyif ki, turizmin inkişafı adı ilə ölkədə əxlaqsızlığı artırırlar..Dünyada turizmin bir neçə növü var, yəni turistlərin maraq dairəsinə uyğun seçdiyi turizm xətti var ki, biri də məhz eyş-işrət, əxlaqsızlığın təklif olunduğu məkanlardır, Azərbaycanda da məhz bu xətt üzrə turizmin inkişafı start götürüb..Ölkədə dünya şöhrətli muzeylər yox, məhşur tarixi abidələr yox, eqzotik təbiət yox, səhiyyə yox, dini məkanlar yox, sanatoriyalar dünya səviyyəsinə qaldırılmayıb, çimərliklər standartlardan çox aşağıdı..Bununla belə turizm inkişaf etdirilir..Turist cəlb etmək üçün təklif önəmlidir..Təklif isə, məqalədə qeyd olunanlardan ibarətdir..Kimsə, deyə bilər ki, Şəki var, ora var, bura var və.s..Amma bütün bunlar turizmi nəzərdə tutulan səviyyəyə çatdırmaq üçün çox azdır..Ona görə də əsasən əxlaqsızlığa üstünlük verilən məkanlar və əxlaqsızlıq axtarışında olan turistlər daha çoxdur..Azərbaycan tarixi xarici muzeylərdə çürüyür, otellər ərəblər üçün nəzərdə tutulur, hansı mədəni turizm inkişaf edəcək??.

    Cavab yaz
  • Anonim
    azeri · 19 İyun 15:2500

    Gorun baki ne gune qalibki bakida erebler pakistanlilar ne bilim kimler azerbaycan qizlari qadinlari ile istedikleri eyw irweti eleyirler. Buna gore olmek lazimdir. Sizse statya tazirsiz fexrle. Utanmaq yere girmek lazimdir. Azerbaycan kiwisi erebistanda ereb qadini ile keyfin ceke biler? Ellbetde yox. Amma onlar bizim qadin qizlarimizla keyflerin cekirler. Olmwk yere girmek lazimdir. Gorun ne gune qalmiwiq?

    Cavab yaz
  • Anonim
    gulush · 20 İyun 09:1300

    bele movzulardan yazib hec olmasa qanimizi qaraltmayin. men Azerbaycani bele gormek istemezdim hec vaxt/

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics