Ölkə

Ağstafada qonşular arasında dava olub

16 İyun 2022 11:37
0 Şərh     Baxış: 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafa rayonunda qonşular arasında dava olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, iyun ayının 7-də rayonun Poylu qəsəbə sakini Nazilə Hüseynova və Günay Hüseynova DİN-in "102 Zəng-Mərkəzi" Xidmətinə müraciət edərək qonşuları tərəfindən döyülməsi barədə müraciət edib.

Eyni zamanda, müraciət edən şəxslərin qonşuları - Mehman Məmmədov, Solmaz Məmmədova və Aysel Məmmədova da polisə müraciət edərək qonşuları tərəfindən döyülmələri və təhqir olunmaları barədə məlumat verib.

Hər iki faktla bağlı polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin məlumata görə, hadisəyə səbəb N.Hüseynovanın evində yüksək səslə musiqiyə qulaq asması səbəb olub.

Hazırda araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.